Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri, erməni politoloq Hovsep Xurşudyan deyib.
Onun sözlərinə görə, Laçın dəhlizi hər kəs üçün “qırmızı xətt”dir.
“Laçın dəhlizində hər hansı nəzarət-buraxılış məntəqəsi yerləşdirilsə, ermənilər Azərbaycanın silahlı keçid məntəqəsindən keçə bilməyəcək. Ruslar Laçın dəhlizini satsalar, şampan tıxacı kimi Ermənistandan çölə atılmalıdırlar”, - deyə Xurşudyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az