Sergey Lavrov görüşün əvvəlində bildirib ki, Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır.
Rusiya və MDB məsələləri üzrə erməni analitik Lilit Gevorqyan deyir ki, Rusiya uzun müddətdir Minsk qrupunu zəiflətmək üçün paralel formatlar yaratmağa çalışır.
Onun sözlərinə görə, Rusiya indi ABŞ və Fransa ilə Minsk qrupu formatında ünsiyyət qurmaqda maraqlı olacaq.
“Rusiya Minsk qrupu formatında yeni dəyişiklikləri qanuniləşdirmək istəyir. Moskva iki meydanda oynayır. Top Ermənistanın meydanındadır, lakin İrəvan Rusiya-Azərbaycan planı ilə işləməyə üstünlük verir”, - deyə Gevorqyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az