“Bakı Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə çalışır” - Ohancanyan

2022/09/ghj7g-1662802181.jpg
Oxunub: 359     11:27     07 Dekabr 2022    
“Rusiya sülhməramlıları növbəti dəfə öz vəzifələrini yerinə yetirə bilməyiblər və mülki geyimli Azərbaycan xüsusi təyinatlılarının (ekoloqlar – red.) yolu kəsməsinə şərait yaradıblar”.

Ordu.az xəbər verir ki, bunu “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru, ermən ictimai xadim Karen Ohancanyan deyib.

Onun sözlərinə görə, Bakı Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə çalışır.

“Putinin hərbi macərasının iflasa uğraması ilə bağlı Rusiyanın ekzistensial əzabları fonunda Azərbaycan öz problemlərini həll etməyə, yəni Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə və Rusiyanın işğalçı qoşunlarını Qarabağdan çıxarmağa çalışır”, - deyə Ohancanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rusiya  


Bizi "telegram"da izləyin