Erməni siyasi xadim: “Volkov şəxsən azərbaycanlılarla görüşə gedibsə, bu, sülhməramlıların aksiyadan xəbərdar olması deməkdir”

2022/10/99-64-1666170091.jpg
Oxunub: 518     12:31     06 Dekabr 2022    
“Əgər Qarabağda yerləşən rus sülhməramlı qoşunlarının komandanı Volkov şəxsən azərbaycanlı nümayişçiləri qarşılamağa gedibsə, bu o deməkdir ki, sülhməramlılar belə bir aksiyanın keçiriləcəyindən xəbərdar idilər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Vahram Atanesyan deyib.

Onun sözlərinə görə, Volkovun daha sonra mətbuat konfransı keçirməsi onun həm Azərbaycan ictimaiyyətinə, həm də Qarabağ ermənilərinə deyəcəkləri olması deməkdir.

“Noyabrın 10-da verilən bəyanatda Laçının dəhlizinin 5 km olması qeyd olunub, lakin o, hazırda belə olub-olmaması ilə bağlı sual yaradır. Reallığa ayıq baxmaq lazımdır, Bakının təbliğat hücumuna keçməsinə heç bir əsas verməməliyik”, - deyə Atanesyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atanesyan   Ermənistan  


Bizi "telegram"da izləyin