Ordu.az xəbər verir ki, bunu miqrasiya məsələləri üzrə erməni ekspert Tatevik Bejanyan deyib.
Onun sözlərinə görə, bundan əlavə, qanuna dəyişiklik edilib, asanlaşdırılıb, artıq Ermənistana gəlməyə ehtiyac yoxdur, milliyyətcə ermənilər 90 gün ərzində vətəndaşı olduqları ölkədəki Ermənistan səfirliyinə müraciət edib vətəndaşlıq ala bilərlər.
“Düşünürəm ki, proses çox normal gedir, özü də o halda gedir ki, bütün bu vətəndaşlar yalnız Rusiyada özlərinə qarşı təhlükə hiss etdikdən sonra Ermənistana gəldilər və çox sürətlə ya vətəndaşlığı bərpa etməyə, ya da heç vaxt vətəndaşlığa sahib olmadıqda vətəndaşlıq almağa çalışırlar. Bütün vərəndaşlıq alanların gəlib Ermənistanda yaşamağa hazırlaşdığını demək doğru deyil. Bəli, bu, başqa ölkəyə getmək üçün bir yoldur, bu, Rusiyada səfərbərlik halında başqa bir ölkənin pasportu ilə Rusiya Federasiyasının ərazisini tərk etmək imkanıdır. Əgər Ermənistan vətəndaşlığını almaq istəyənlərin hamısı Ermənistana gəlib yaşamağa hazır olsaydılar, mən deyərdim ki, gəlin bir şeyi də sürətləndirək, halbuki proses milliyyətcə erməni olanlar üçün maksimum sürətləndirilib. Bundan daha sürətli edilə bilməz”, - deyə Bejanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az