Rusiya qüvvələri Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirib

2022/12/31708-1670249126.jpg
Oxunub: 286     17:55     05 Dekabr 2022    
Rusiya hərbi qüvvələri Odessaya zərbələr endirib, əhaliyə dərhal sığınacaqlara getmək barədə xəbərdarlıq olunub.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, zərbələrdən sonra Odessada elektrik və su kəsilib.

Odessa Vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko da bölgəyə raket zərbələrinin endirildiyini təsdiqləyib.

Nikolayev vilayətin rəhbəri Vitali Kim bildirib ki, Odessaya Qara dənizdən bir neçə raket atılıb. Odessa vilayəti ilə həmsərhəd olan Nikolayev vilayəti də atəşə tutulub.

Zərbələrdən sonra "İnfoxvodokanal" şirkəti bütün nasos stansiyalarının və ehtiyat xətlərinin enerjisinin kəsildiyi bildirib.

"Hörmətli istehlakçılar, hazırda bütün nasos stansiyaları və ehtiyat xətlərinin enerjisi kəsilib. Ona görə də istehlakçılarımız üçün su yoxdur. Elektrik enerjisinin verilişi bərpa olunandan sonra su təchizatında vəziyyət stabilləşəcək", - şirkətin yaydığı məlumatda bildirilib.

Zaporojye şəhərində də bir neçə partlayış səsi eşidilib. Bu barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev "Telegram"da məlumat verib.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko Zaporojye vilayətinin Novosofyevka kəndində bir neçə fərdi evin raket zərbələri nəticəsində dağıldığını və yaralıların olduğunu bildirib. Son məlumata görə, Novosofyevkada Rusiyanın raket hücumu nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin