Rusiya sülhməramlılarının komandanı: "Azərbaycanla razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq"

2022/12/1670248256.jpg
Oxunub: 4449     17:38     05 Dekabr 2022    
Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub.

“Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”, - Volkov vurğulayıb.

Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sülhməramlı  


Bizi "telegram"da izləyin