XİN rəhbəri: Azərbaycan Ermənistanla normallaşma prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir

2022/09/1664081002.jpg
Oxunub: 264     15:35     05 Dekabr 2022    
Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatlarını tam icrasının vacibliyini bildirib və əlavə edib ki, Ermənistan hələ də üçtərəfli bəyanatları tam icra etmir.

XİN rəhbəri qanunsuz erməni hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmadığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin