GünAztv-nin rəhbəri: "Azərbaycan adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar"

2022/12/ehmed-1670239007.jpg
Oxunub: 371     15:12     05 Dekabr 2022    
"Azərbaycan adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar".

Ordu.az xəbər verir ki, bunu Güney Azərbaycan televiziyasının (GünAztv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.

O bildirib ki, bu, dünyada ciddi sual yarada bilər:

"Hər kəs düşünəcək ki, deməli, bu ölkənin cənubu da var. Biz öz aramızda onsuz da bu addan istifadə edirik. Amma beynəlxalq aləmə də belə tanıtmalıyıq. Biz necə deyəriksə, bütün dünya da elə qəbul edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Azərbaycan  


Bizi "telegram"da izləyin