“Joğovurd”: Paşinyan müdafiə sektoru və hərbi xərclərlə bağlı yalan danışıb

2022/12/KMO_1-1670228451.jpg
Oxunub: 305     17:34     06 Dekabr 2022    
Ermənistan Baş naziri Nikol Paşinyan 2018-ci ildən, vəzifəsinin əvvəlindən indiyədək müdafiə sektoru və hərbi xərclərlə bağlı bir çox manipulyasiya xarakterli bəyanatlar verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr həmin bəyanatlardan birini təqdim edib.

“2021-ci ilin iyununda Nikol Paşinyan Armavir vilayətinə seçkiqabağı səfəri zamanı ordunun 10 il ərzində əldə etdiyi sursatın 75-80 faizinin onun hakimiyyəti dövründə əldə edildiyini açıqlamışdı. Daha öncə o bildirib ki, 2020-ci ilin büdcəsində Müdafiə Nazirliyinə 307 milyard dram vəsait ayrılıb, bu da 2018-ci ilin faktiki göstəricisini 28 faiz və ya 66 milyard dram üstələyir, 2017-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə təxminən 4,5 faiz çoxdur. Həmin vaxt Rusiyanın dövri nəşri də məqalə dərc etmişdi, orada Paşinyanın insanları çaşdırmaq üçün manipulyasiyaya əl atdığı, yalan danışdığı qeyd edilmişdi, xüsusən də silahlanmaya xərclənən vəsait ilə bağlı iddia edilmişdi.

Məqalədən sitatlar həmin vaxt “168.am” tərəfindən verilib. “Silahların tədarükü ilə bağlı bütün müqavilələr 2018-ci ilə qədər imzalanıb, bundan sonra yalnız onlar yerinə yetirilib, tam şəkildə yerinə yetirilməyib, ciddi şəkildə azaldılmış və təhrif edilmiş şəkildə yerinə yetirilib. Xüsusilə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2019-cu ildə xərclərin böyük hissəsi, yəni 190 milyon dollar aviasiyaya, yəni döyüş sursatı olmadan gətirilən və müharibədə iştirak etməyən Su-30-ların alınmasına yönəldilib. Bunları saymasaq, Paşinyanın dönəmində hava hücumundan müdafiə və raketlərə cəmi 58 milyon dollar düşür”, - məqalədə deyilir. Yəni Nikol Paşinyan növbəti dəfə manipulyasiya edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin