“Hraparak”: Ermənistanda İstanbul Konvensiyası gündəmə gətiriləcək

2022/12/1670228406.jpg
Oxunub: 275     11:13     06 Dekabr 2022    
Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, Aİ səfiri Andrea Viktorin ötən gün bəyan edib ki, Ermənistanın İstanbul Konvensiyasını ratifikasiya etməsinin vaxtı çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Viktorinin sözlərinə görə, Ermənistan da daxil olmaqla uzun müddət zorakılığa qarşı mübarizə yalnız fəallar tərəfindən aparılırdı, lakin bu gün bu mübarizə milli və beynəlxalq rəsmilərin gündəminə daxil edilib.

“Səfirin qeyd etdiyinə görə, cəmiyyət, kilsə, həmkarlar ittifaqları, biznes birlikləri və hər kəs gender əsaslı zorakılığa qarşı sıfır tolerantlıq qanunlarının həyata keçirilməsində iştirak etməlidir. Onun bildirdiyinə görə, qadınlara qarşı zorakılıqla mübarizə ədalət, qanun, bərabərlik, humanizm məsələsidir və bu, sadə hüquqi aktlar tələb edir. “Ona görə də əlavə edim ki, Ermənistanın İstanbul Konvensiyasını ratifikasiya etməsinin vaxtı çatıb”, - deyə səfir bildirib. Xatırladaq ki, bu səs-küylü konvensiya hakim “Soros qanadı”nın israrlı səyləri ilə inqilabdan sonra gündəmə gətirilib, müzakirələr başlayıb, parlamentdə dinləmələr çağırılıb, bu zaman məşhur transseksual parlament tribunasından çıxış edib, lakin bir tərəfdən ictimai narazılıq dalğası, digər tərəfdən də yaxınlaşan müharibə prosesi müvəqqəti olaraq dayandırıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstanbul-Konvensiyası  


Bizi "telegram"da izləyin