“FHN-də yas və çaşqınlıq hökm sürür, ixtisar olacaq, xeyli adam işsiz qalacaq” - Qriqoryan

2022/12/image-1670228343.jpg
Oxunub: 374     16:00     06 Dekabr 2022    
Ermənistan hökuməti Fövqəladə Hallar Nazirliyinin ləğv edilməsi və yeni yaradılan Daxili İşlər Nazirliyinin tərkibinə FHN-in xilasetmə xidmətinin, polisin və Miqrasiya Xidmətinin daxil edilməsi barədə qərar qəbul edib.

Qanun layihəsi gələn həftə parlamentdə müzakirəyə çıxarılacaq. Ancaq məlumata görə, artıq FHN-də yas və çaşqınlıq hökm sürür, nazirliyin əməkdaşlarının bir hissəsi ixtisar olunacaq, yəni xeyli adam işsiz qalacaq.

Ermənistan mediası yazır ki, bəziləri artıq iş axtarmağa başlayıb, bəziləri kreditlərini necə ödəyəcək, ailəsini dolandıracaqlarından qorxur.

Ermənistan fövqəladə hallar nazirinin birinci müavini Artyuş Qriqoryan bildirib ki, layihə ilə həm polisin, həm də FHN əməkdaşlarının sosial təminatları maksimum dərəcədə təmin edilir.

“Struktur təsdiq edildikdən sonra onun hansı struktura malik olacağı bəlli olacaq, təbii ki, təkrarlanan funksiyalara malik idarələr birləşdirilməlidir”, - deyə o qeyd edib.

Qriqoryan bildirib ki, Daxili İşlər Nazirliyi formalaşdıqdan sonra hər kəs attestasiyadan keçəcək.

“Düşünürəm ki, FHN-in binası qalacaq, yəni DİN-in binasına çevriləcək, ona görə də hesab edirəm ki, həm polis, həm də FHN öz yerində qalacaq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   FHN  


Bizi "telegram"da izləyin