“7or.am”: Paşinyan çox yaxşı bilir ki, onun artıq 2018-ci ildəki reytinqi yoxdur və olmayacaq

2022/12/timth-1670228239.jpg
Oxunub: 244     16:58     06 Dekabr 2022    
Rusiya Federasiyasının keçmiş baş naziri Çernomırdin cəsarətli bəyanatla çıxış edib: “Hansı partiya yaratsaq, sonda Sov.İKP olur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, onun fikrini yenidən formalaşdıraraq Ermənistandakı bütün hakim partiyaların Erməni Ümumilli Hərəkatı (EÜH) olduğunu söyləmək olar.

“Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası da istisna deyil. Bəs EÜH-ləşmə nədir? Təkəbbürlənmək, tənəzzülə uğramaq, reallıqdan qopmaq, pozulmaq, çürümək və nəhayət, atılmaq deməkdir. Nikolçular da bu sıradadır. EÜH “Qarabağ hərəkatı”nın dalğası üzərində yarandı, lakin hakimiyyətə gələn kimi Qarabağı özünə yük elan etdi, “hərəkat”ın dəyərlərinə xəyanət etdi. İndi “Vətəndaş müqaviləsi” var. Guya demokratiyadan, şəffaflıqdan və başqa bu kimi şeylərdən danışırlar, amma bu, blefdir, çünki EÜH-ləşmə xəttindədirlər, hətta öz partiyalarının seçkilərini belə saxtalaşdırırlar. Nikol niyə partiyadaxili seçkiləri saxtalaşdırdı? Nikol Paşinyan çox yaxşı bilir ki, onun artıq 2018-ci ildəki reytinqi yoxdur və olmayacaq. O, yaxşı bilir ki, şəraitə və ətalətə görə Baş nazir kürsüsündə qalır. Hakimiyyətini itirməkdən qorxur. Onun dəstəyi polisdir. O, Vano Siradeğyanı bağlayıb stul tutmağa çalışır. Nikol hakim partiyanın simasında daha bir dayaq yaratmaq istəyir. Və bunun üçün ona yeni “Vətəndaş müqaviləsi” lazımdır. Nikol qorxaq və kompleksləşdirilmiş diktatordur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Paşinyan  


Bizi "telegram"da izləyin