Erməni ictimai xadim: “Bu proses xalqın bir hissəsinin milli kimliyini itirdiyini üzə çıxardı”

2022/12/image-1670227843.jpg
Oxunub: 272     16:39     05 Dekabr 2022    
“Hakim “Vətəndaş müqaviləsi” qruplaşması öz rəhbərinin başçılığı ilə Ermənistan tarixində ilk dəfə olaraq bəyan etdi ki, onlar siyasi mühiti yalanlar, aldatmalar, manipulyasiyalar, müxtəlif “teatr” tamaşalarıyla ədviyyatlandırılmış populizm ilə dolduraraq heç bir ideologiyanın daşıyıcısı deyillər”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Petros Makeyan deyib.

Onun sözlərinə görə, hakimiyyət nümayəndələrinin primitiv iş tərzinə baxmayaraq, qısa müddət ərzində belə bir idarəetmə sistemi formalaşdıra biliblər ki, bu da özlərinin idarəçiliyi nəticəsində yalnız ardıcıl fəlakətlərin nəticələrini zərərsizləşdirməyə xidmət edə bilib.

“Bu alətlər dəstinin əsasını ilk növbədə ictimaiyyətin, xüsusən də xarici düşmənlərin daimi təcavüz təhlükəsi amili ilə qorxutmaq təşkil edir. Bu proses xalqın bir hissəsinin milli kimliyini itirdiyini üzə çıxardı, onlar təkcə Qarabağdan imtina etməyə yox, həmçinin Nikolun elan etdiyi virtual sülh dövrünə, yəni son kapitulyasiyaya nail olmaq üçün güzəştə getməyə qarşı deyillər”, - deyə Makeyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin