“Zəngəzur dəhlizi döyüşlə veriləcək” - Keçmiş erməni döyüşçü

2022/12/image-1670227817.jpg
Oxunub: 11570     12:25     05 Dekabr 2022    
“Bu barədə birbaşa İlham Əliyev deyir, siz necə düşünürsünüz, olacaq, ya olmayacaq?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Qara bəbir” ictimai təşkilatının sədri, keçmiş erməni döyüşçü Serob Qasparyan “Ekspertlər xəbərdarlıq edir ki, yaxın vaxtlarda yenidən hərbi əməliyyatlar başlayacaq. Nə düşünürsünüz?” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Nikolun ictimai televiziyada keçirdiyi son mətbuat konfransının dipnotlarından məlum idi ki, yeni şeylər olacaq.

“Ötən günlərdə İlham Əliyev dəhlizdən danışırdı. Bu dəhliz Qarabağın döyüşlə verildiyi kimi veriləcək, dəhliz də döyüşlə veriləcək, belə olacaq. Yolu bağlamaq və beləliklə məsələni bağlamaq üçün İstisudan (Cermuk) Qarakilsəyə enəcəklər. Amma o yol Arazdəyəndən, Naxçıvan tərəfdən gəlir. Bizim sərhədimizə çatan yolu boşuna çəkməyiblər, deyilmi? Bəyəm o yolu tikmək üçün insanlar boş yerə pul xərcləyiblər? Çoxdan razılaşma var. Əgər razılaşma yoxdursa, o yolu niyə çəkiblər? Gedin baxın, Kərki yolunda asfaltlanan hissə harda bitir, harada asfalt başlayır, 2019-cu ildə hazırlanıb, bu, razılaşdırılmış deyil? Sentyabrda olduğu kimi, yavaş-yavaş gəlirlər. 4-5 km irəliləyiblər, bir ay gözləyə bilərlər, sonra yenidən başlaya bilərlər”, - deyə Qasparyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   Ermənistan  


Bizi "telegram"da izləyin