Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Arman Abovyan deyib.
Onun sözlərinə görə, Lavrovun dedikləri çox sadə idi.
“O dedi ki, ermənilər, əgər sizin hakimiyyətiniz daha çox maraqlanırsa, tezisin əsas hissəsi Qarabağ ermənilərinin təhlükəsizliyidir, onda Azərbaycan təhlükəsizliyi təmin edəcəyinə söz verir. Yəni onun dediyi odur ki, ilk növbədə nəyin səhv olduğunu anlamağa çalışmalısınız və ikincisi, fikir vermisinizsə, bu, bir az istehza ilə deyilmişdi. Üstəlik, təhlükəsizlik tezisinin özü də məsxərəyə qoyuldu. Lavrov sadəcə olaraq erməni tərəfinin sözlərinə işarə edir və deyir ki, Ermənistan hakimiyyəti belə deyir, Azərbaycan buna qarşı çıxır. Hamısı budur, burada çaşqınlıq Lavrovla bağlı deyil, hakimiyyətin əsas tezisi ilə bağlı olmalıdır”, - deyə Abovyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az