“Hraparak”: Cəsarəti Nikol, qətiyyəti isə İlham Əliyev göstərib

2022/12/3756a-1670227408.jpg
Oxunub: 457     15:11     05 Dekabr 2022    
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Ermənistanla Azərbaycan arasında real irəliləyişin əldə olunduğunu, sülhün daha yaxşı və parlaq gələcək vəd etdiyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, o, sülhə nail olmaq üçün göstərilən cəsarət və qətiyyəti alqışlayıb.

“Baş müşavirin düşüncəsinə görə, Ermənistana məcbur edilən sülhün hansı gələcək vəd etdiyini bilmirəm, amma razıyam ki, tərəflər onun qeyd etdiyi keyfiyyətləri nümayiş etdiriblər. Burada cəmi bir aydınlaşdırma var, bunlar Nikol və İlham Əliyev tərəfindən birlikdə və bərabər şəkildə yox, bu iki şəxsdən yalnız biri tərəfindən göstərilib. Cəsarəti Nikol, qətiyyəti isə İlham Əliyev göstərib. Bu, “Qarabağ hərəkatı”nın nəticələrinə və ondan sonrakı müharibəyə xaç çəkərək gedib Qarabağı tamamilə kapitulyasion sülh müqabilində təslim etmək cəsarətidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin