“Joğovurd”: Ruben Vardanyan “razılaşma”nı pozub

2022/11/TASS--1668758315.jpg
Oxunub: 548     14:33     05 Dekabr 2022    
Rusiyadan Qarabağa gəlmiş separatçı Ruben Vardanyan artıq bir sıra “siyasi razılaşmalar”ı pozub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, qondarma qurumun “nümayəndələri”nin yanvarın sonuna qədər işləməsi barədə razılığa gəlinib, bundan sonra Vardanyan “kabinet”i formalaşdıracaqdı.

“Ruben Vardanyan əslində vədinə əməl etməyib və noyabrın sonunda “icra üzvləri”ni iş məqsədi ilə dəvət edib, sonra isə gözlənilmədən onlara 1 gün vaxt verib ki, getsinlər. Məlum olduğu kimi, noyabrın 23-də 9 “nazir” (separatçılar – red.) tutduğu “vəzifə”dən azad edilib. Qarabağda 11 “nazirlik” (qanunsuz – red.) var. Bundan əlavə, Ruben Vardanyan təkcə razılaşmanı deyil, həm də Qarabağda mövcud olan “ənənə”ləri pozub. Həm Qarabağda, həm də Ermənistanda belə bir ənənə var ki, “keçmiş nazirlər”i heyətlə vida günü təşkil edərək düzgün yola salırlar, amma hətta ofisinin qapısını bağlayan, katibliyə və ya patrula açarı verən və bu illər ərzində “gördüyü işlərə görə” təşəkkür edilmədən binanı tərk edən “nazirlər” olub. Ruben Vardanyanın resursunun olmaması və “yeni nazirləri” təyin etməyə tələsməməsi faktı sübut edir ki, 11 “nazirlik”dən 9-na “nazir səlahiyyətlərini icra edənlər” rəhbərlik edir: yalnız “müdafiə naziri” və “daxili işlər naziri” mövcuddur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   Vardanyan  


Bizi "telegram"da izləyin