Erməni siyasi xadim: “Azərbaycanın son məqsədi Qarabağa tam sahib olduqlarını göstərməkdir”

2022/12/metaq-1670217561.jpg
Oxunub: 572     19:32     05 Dekabr 2022    
“Azərbaycanlılar Xankəndi-Gorus yolunu bir neçə saatlıq bağlamaqla beynəlxalq ictimaiyyətin reaksiyasına toxunmaq, riskləri yoxlamaq istəyiblər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Metakse Hakopyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın son məqsədi göstərməkdir ki, onlar Qarabağın tam sahibidirlər və istədikləri zaman bu həyati əhəmiyyətli yolu kəsə bilərlər.

“Onlar riskləri ölçüblər, beynəlxalq ictimaiyyətin və Ermənistan hakimiyyətinin reaksiyasına toxunacaqlar. Yolu bağlamaq üçün çox sadə səbəb göstərdilər. Məqsədləri daha dərindir, lakin fəaliyyətləri ilə hər şeyi başqa istiqamətə aparmağa çalışırlar”, - deyə Hakobyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Gorus  


Bizi "telegram"da izləyin