Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Sevak Hakobyan “Facebook” səhifəsində yazıb.
“Deyirik və irəli gedirik. Beləliklə, biz bunu reallıq kimi qəbul edirik, onların satqın olması fikrinə uyğunlaşırıq. Hakimiyyət oxlarını rus sülhməramlılara doğru yönəldir, deyirlər ki, öhdəliklərinə götürüblərsə, qoy saxlasınlar. Bu həmin hökumətdir ki, 2020-ci il noyabrın 10-da səlahiyyətlərini özündə saxlayıb və rayonların təhvil verilməsinə imza atıb. Elə həmin Nikol erməni qoşunlarını çıxarmaq, geri çəkmək, atəş açmamaq və sair haqqında sənəd imzalayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevlə danışıqlara gedir, Putinlə, Mişellə, Makronla danışıqlar aparır. Biz məsələləri həll etmək üçün nə rus, nə ukraynalı, nə gürcü seçmişik, nə də Nikolu baş nazir olmağa məcbur etmişik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az