Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Kristine Vardanyan öz “Facebook” səhifəsində yazıb.
“Bu gün biz Göyçədə, o cümlədən sentyabrın 13-dən sonra sərhədə çevrilmiş yaşayış məntəqələrində olduq. İrəvandan cəmi 160 km və ya təxminən 2 saatlıq məsafədə yerləşən yaşayış məntəqələrində isə fərqli reallıq var. Sakinlərdən biri deyir: “Qadınlar uşağı yatızdırırlar, ancaq gözlərini üstündə saxlayırlar ki, nəsə olarsa, götürüb evdən çıxsınlar”. Bu reallıqda dövlətdən başqa hər şey var, dövlətin varlığı vətəndaşlarını qorumaq üçün minimum öhdəliyi yerinə yetirməklə nümayiş etdirilməlidir. Sentyabrın 13-də hərbi əməliyyatlar nəticəsində ölmüş Arequni kənd sakini Vahaqn Hakobyanın uşaqları ilə bir yerdə oldum. Ölənin anası deyir: “Mən sadəcə ədalət istəyirəm”. Bu evdən bir az aralıda başqa bir ev var, itkin düşmüş şəxsin evi. İtkin düşmüş şəxsin qohumları cəsədin ehtimal edilən yerini bilsələr də, onu rəqibin faktiki nəzarəti altında olan ərazidən çıxara bilməyiblər. Basarkeçər və Xankəndi arasında heç bir fərq yoxdur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az