Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Al Jazeera“ kanalına müsahibəsində bildirib.
O, Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatının ABŞ və Rusiya qüvvələrini hədəf almadığını vurğulayıb:
“Biz onlara terrorçulardan uzaq məsafədə yerləşin deyirik. Müttəfiqlərimiz olan amerikalıları, mülki insanları, rusları, iranlıları və ya digərlərini hədəf almayacağımızı və hədəflərimizin konkret olaraq PKK, PYD/YPG ünsürləri olduğunu bildirmişik”.
Kalın, həmçinin, əlavə edib ki, Türkiyə milli təhlükəsizlik məsələsi ilə üzləşən zaman kimdənsə icazə almaq niyyətində deyil.
Ordu.az