Ordu.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib.
“Milli Polisin məlumatına görə, 9 400-dən çox dinc sakin ölüb, 6 800-ə yaxın insan yaralanıb. Təəssüf ki, onların arasında uşaqlar da var: Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 461 uşaq ölüb”, - o deyib.
Yenin əlavə edib ki, düşmən kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Səkkiz rayonda 507 yaşayış məntəqəsində elektrik enerjisi dayandırılıb.
Ordu.az