Gürcü döyüşçü qrupu Baxmutda mühasirəyə düşüb

2022/12/566-1670146789.jpg
Oxunub: 483     11:56     04 Dekabr 2022    
Gürcü döyüşçü qrupu Ukraynada Baxmut şəhəri yaxınlığında mühasirəyə düşüb, komandir də daxil olmaqla, bir neçə döyüşçü yaralanıb.

Ordu.az xəbər verir ki, bunu Ukraynada gürcü könüllüləri sırasında döyüşən Romeo Parulava “Mtavari” telekanalına müsahibəsində bildirib.

Romeo Parulava Baxmutda vəziyyətin çox mürəkkəb olduğunu, hazırda sağ qalanların və yaralıların meyitlərinin çıxarılmasına çalışdıqlarını söyləyib.

Qeyd edək ki, son 3 gündə Baxmut yaxınlığında 6 gürcü könüllü ölüb. İndiyə kimi isə Ukraynada döyüşlərdə 33 gürcü döyüşçü həyatını itirib. Onların arasında Gürcüstan vətəndaşları və Ukrayna vətəndaşı olan gürcülər var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baxmut   Gürcüstan  


Bizi "telegram"da izləyin