ABŞ kəşfiyyatı: “Rusiya dəqiq raketlərin hazırlanmasında problemlərlə üzləşəcək”

2020/09/12844-1600938955.jpg
Oxunub: 358     08:50     04 Dekabr 2022    
Rusiya Ukraynaya zərbə endirmək üçün istifadə olunan dəqiq idarə olunan raketlərin hazırlanmasında çətinlik çəkə bilər.

Ordu.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heynsin Kaliforniyada keçirilən illik Milli Müdafiə Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya istehsal etdiyi raketlərdən daha çox istifadə edir:

“Hazırda konkret rəqəmlər deyə bilmərəm, lakin dəqiq idarə olunan sursatların istehlakı olduqca tez baş verir. Əldə etdiyimiz məlumata görə, onların ölkə ərazisində silah istehsal etmək imkanları yoxdur. Odur ki, Rusiya dəqiq raketlərin yaradılmasında problemlərlə üzləşəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Silah  


Bizi "telegram"da izləyin