Astronavtlar BKS-dən açıq kosmosa çıxıb

2022/12/93fc7-1670094015.jpg
Oxunub: 276     20:35     03 Dekabr 2022    
Amerikalı astronavtlar Coş Kassada və Frenk Rubio “iROSA” günəş panellərinin quraşdırılması üzrə işlər aparmaq üçün Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq açıq kosmosa çıxıblar.

Ordu.az xəbər verir ki, bu prosesin canlı yayımı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında həyata keçirilir.

Çıxış Bakı vaxtı ilə saat 16:16-da skafandrların avtonom enerji qəbuluna keçməsi ilə başlayıb. Astronavtlar kosmosda olacağı 7 saat ərzində həmçinin orbital stansiyanın dəyişdirilməsi ilə bağlı işləri də yerinə yetirəcəklər.

Kassada və Rubionun əvvəlki kosmosa çıxışı noyabrın 15-də baş tutub. O zaman onlar “iROSA”nın quraşdırılması üçün konstruksiya hazırlamışdılar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA  


Bizi "telegram"da izləyin