ABŞ Polşaya “F-15 Eagle” qırıcıları göndərib

2021/04/13131-1618814617.jpg
Oxunub: 410     22:56     03 Dekabr 2022    
Amerikanın “F-15 Eagle” qırıcıları Polşanın Lask şəhərindəki aviabazaya gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, qırıcılar Böyük Britaniyanın Leykenhit aviabazasından göndərilib.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, qırıcı təyyarələr Polşada NATO-nun şərq cinahında çəkindirmə əməliyyatları aparmağa başlayacaq.

Bundan əvvəl Polşanın baş nazirin müavini və milli müdafiə naziri Mariuş Blaşak bildirib ki, Povidze şəhərindəki ABŞ hərbi hava qüvvələri bazası genişləndiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin