ATƏT-in Minsk Qrupunun tabutuna son mismarı kim vuracaq? – BAXIŞ BUCAĞI

2022/12/1670062926.jpg
Oxunub: 369     15:56     03 Dekabr 2022    
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

“Sədrlik və katiblik də daxil olmaqla ATƏT-in bütün institutları bütün iştirakçı ölkələr üçün ortaq aktiv kimi təsis edilib. Buna uyğun fəaliyyət göstərilməməsi etimadı sarsıdır. Azərbaycan bu institutları öz mandatlarının kobud surətdə pozulmasını düzəltməyə çağırır”, - deyə nazir vurğulayıb.

Söhbət sentyabr döyüşlərindən sonra Ermənistana göndərilən yeddi günlük missiyadan gedir. ATƏT-in mandatının pozulması faktı yeni deyil. Əvvəllər bu mandatdan Ermənistan və digər dövlətlər sui-istifadə edib. Təşklatın yaratdığı Minsk Qrupu isə münaqişəni 30 il ərzində həll edə bilməyib və müharibənin başlamasına səbəb olub.

ATƏT daxilində mandat böhranı 2012-ci ilin dekabrında keçirilən nazirlər konfransında, Qərb-Rusiya qarşıdurmasının kifayət qədər kəskin şəkildə, o vaxt hələ də ritorika səviyyəsində ifadə olunduğu bir vaxtda kifayət qədər aydın görünürdü. Artıq qeyd etmək lazımdır ki, ATƏT-in belə “mandatı” mövcud deyil. Ermənistan tez-tez Minsk qrupunun həmsədrlik mandatından, onun bərpa edilməsindən danışır. Ermənistan xarici işlər naziri Mirzoyan son iclasda da bu barədə bəyanat verib.

Lakin bu cəhdlərə baxmayaraq, Ermənistan ATƏT-in mandatı olduğuna inanıb, düşünüb özünü aldatmamalıdır. Bu təşkilat mahiyyətcə çox uzun müddət, demək olar ki, on il ərzində fəaliyyət göstərməyib. Təkcə Minsk Qrupunun həmsədrliyi deyil, o həmsədrliyin özünü yaradan struktur işləmir. Üstəlik, bu gün həmin strukturun “ölümü”nün qeydə alınmasının mümkünlüyü müzakirə olunur və bu kontekstdə, Qafqaz məsələləri üzrə amerikalı baş müzakirəçi Rikerin bir neçə həftə əvvəl ABŞ Konqresində verdiyi bəyanat da vacibdir. O, Minsk qrupunun həmsədrliyinin işləmədiyi və bu mandatın ləğv edə edilməsində “konsensus” olduğunu deyib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Minsk-Qrupu  


Bizi "telegram"da izləyin