Məlum olduğu kimi, bundan əvvəl də Ermənistan parlamentində müxalifətin təqdim etdiyi mətnin ortaq yanaşmalar müstəvisinə çıxarılması üçün birgə iş aparılsa da, qaneedici nəticə əldə edilməyib. Müxalifət və iqtidar fraksiyalarının deputatları ortaq məxrəc formalaşmayıb. Müxalifət bəyanatla bağlı prinsipial tələb irəli sürüb, ancaq hakim çoxluq hesab edir ki, bu bəyanat praktikada heç bir obyektiv fayda verməyəcək, əksinə, yeni eskalasiya üçün “qanuni əsas” yarada bilər.
Ermənistan parlamentində müxalifət və iqtidar arasında sərt qarşıdurma mövcuddur. Onlar arasında hətta milli məsələlərdə birlik əldə oluna bilinmir.
Hər bir ölkə üçün müxalifət-iqtidar dialoqu sabitliyin formalaşması üçün vacibdir, hətta milli təhlükəsizlik məsələsidir. Ermənistanda bu dialoqun formalaşmaması ölkənin çoxsaylı problemlərinə daha birini əlavə edir.
Aqil Məmmədov
Ordu.az