Kuleba ukraynalı diplomatlara qarşı 12 ölkədə 18 təhdidin olduğunu açıqlayıb

2022/11/6378c-1668864652.jpg
Oxunub: 256     14:05     03 Dekabr 2022    
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba 12 ölkədə diplomatik nümayəndəlik işçilərinin təhdidlər alması ilə bağlı səfirlərlə görüş keçiriləcəyini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.

“Bu günə qədər 12 ölkədə 18 təhdid hadisəsi yaşanıb: İspaniyada terror aktına cəhd, Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya, Avstriya, Çexiya, Vatikan, Fransada çıxarılmış heyvan gözlərinin olduğu paketlərlə hədələr, Qazaxıstanda minalanma xəbərləri, eləcə də ABŞ-da şübhəli məktub”, - o yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Terror  


Bizi "telegram"da izləyin