“ABŞ Ermənistanın necə danışıqlar apardığını və hansı yolla getdiyini anlamağa çalışır” - Sarkisyan

2020/12/13313-1607929331.jpg
Oxunub: 425     22:18     03 Dekabr 2022    
“İlham Əliyevlə Lavrovun Minsk qrupunu bağlamaq istədiklərini düşünmürəm”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan deyib.

Onun sözlərinə görə, Riker Minsk qrupuna və onun perspektivinə də şübhə ilə yanaşır.

“ABŞ və Rusiya Minsk qrupunda əvvəlki kimi dil tapa və işləyə bilmirlər. Minsk qrupunu dəfn etmək Azərbaycana lazımdır”, - deyə Sarkisyan qeyd edib.

Minsk qrupunun amerikalı həmsədri Rikerin regional səfərinə gəlincə, Sarkisyan səfərin informativ xarakter daşıdığını düşünür.

“ABŞ Ermənistanın necə danışıqlar apardığını və hansı yolla getdiyini anlamağa çalışır”, - deyə beynəlxalq məsələlər üzrə erməni ekspert əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan   Minsk-qrupu  


Bizi "telegram"da izləyin