Erməni iqtisadçı: “Yoxsulluğun səviyyəsi artacaq, insanların gəlirlərinin artımı inflyasiyaya adekvat deyil”

2022/12/s5d4f-1670060088.jpg
Oxunub: 310     16:30     03 Dekabr 2022    
“Xərclərin uçotu sistemi yoxdursa, gizli gəlirlərin aşkarlanması prosesi səmərəsiz olacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Armen Qriqoryan deyib.

O sual verib ki, vergi mənasında gəlir anlayışı Ermənistan sakinləri üçün anlaşılan və məqbuldurmu, bunun nə olduğunu bilirlərmi?

“Ölkəmizin sosial-iqtisadi durumuna və həyata keçirilən sistemin müqayisəliliyinə gəlincə, ilk növbədə insanların problemləri prioritetləşdirilməli, standartlar müəyyən edilməlidir. Əgər onların fikrincə, bəyannamə sistemi ilkindirsə, onu əsaslandırıb həyata keçirsinlər. Yoxsulluğun səviyyəsi artacaq, insanların gəlirlərinin artımı inflyasiyaya adekvat deyil. Kiçik, lakin müntəzəm artımlar insanların üsyan etmək istəyini zəiflədir və bu artımların inflyasiyaya uyğun olmaması yoxsulları saxlamaq deməkdir ki, onları asanlıqla idarə edə bilsinlər. Bu insanlar yaxşı yaşamaq üçün hakimiyyətə gəliblər və bu prosesin uzun müddət davam etməsi üçün hər şeyi edirlər”, - deyə Qriqoryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yoxsulluq  


Bizi "telegram"da izləyin