Erməni ekspert: “Rusiya bizi heç vaxt dəstəkləməyib, Rusiyanın məqsədi Ermənistanı zəiflətməkdir”

2022/12/ghjgh-1670059803.jpg
Oxunub: 363     17:52     03 Dekabr 2022    
“Nə qədər ki, Putin-Lavrov cütlüyü var, Ermənistanla “super pis” münasibətdən başqa münasibətlər istisna edilir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin sədri Stepan Qriqoryan deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan vasitəsilə böyük bir məsələni həll etmək istəyir.

“Rusiya bizi heç vaxt dəstəkləməyib. Rusiya Azərbaycana Şuşa və Hadrut verib, bu il Laçını müharibəsiz verib. Soçiyə getməməyə cəsarətimiz çatmadı, Lukaşenkonu İrəvanda qəbul etdik. Rusiyanın məqsədi Ermənistanı zəiflətməkdir”, - deyə Qriqoryan qeyd edib.

Erməni politoloq bildirib ki, Ermənistan KTMT qarşısında iki veto qoyub, Paşinyan bunu beynəlxalq aləmə “sata” bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin