"ABŞ Cənubi Qafqazda dinc gələcəyi təmin etmək üçün tərəflərlə çox fəal işləyir" - Prays

2021/07/4bxy5-1627542954.jpg
Oxunub: 393     11:10     03 Dekabr 2022    
“ABŞ Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox fəal işləyir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.

O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycanda arasnda iki dəfə üçtərəfli görüş keçirilib:

“Tərəflərlə telefon əlaqəsi də davam etdirilir”.

Ned Praysın sözlərinə görə, ABŞ iki ölkə arasında davamlı sülhə və problemin həllinə aparan diplomatiyanı dəstəkləyir:

“Ümid edirik ki, iki ölkə arasında dialoq konstruktiv atmosfer davam edəcək”

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prays   Qafqaz   ABŞ  


Bizi "telegram"da izləyin