Türkiyə XİN: Misirlə diplomatik əlaqələri kəsmək bizim qərarımız idi

2022/12/16049-1670000255.jpg
Oxunub: 429     18:30     02 Dekabr 2022    
“Misirlə diplomatik əlaqələri kəsmək bizim qərarımız idi”

Ordu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, ancaq indi dünya dəyişib: “Qarşımızda fürsətlər var. Böhranlar özü ilə fürsətləri də gətirir. Ona görə bu fürsətlərdən yararlanmağa çalışırıq. Digər tərəfdən İsraildə yeni hökumət quruldu. İsraillə də normallaşma da hər iki tərəfə də dəstək verir. Bu normallaşma bölgə üçün də əhəmiyyətlidir. Bizim bölgəmizin yaxşı əlaqələrə ehtiyacı var. İsrail bizim Fələstinlə bağlı mövqeyimizi bilir”.

Çavuşoğlu Əsədlə münasibətlərə toxunub: “Suriya məsələsi ciddi problemlərə yol açır. Qaçqınların geri dönməsi üçün bizim rejimlə də münasibətlər qurmağımız vacibdir. Suriyalıları geri dönməyə məcbur edə bilmərik, bu könüllü bu olmalıdır. Realist olmalıyıq”, o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Misir  


Bizi "telegram"da izləyin