Putinlə Lukaşenkonun görüşü planlaşdırılır

2022/04/456sd-1649599994.jpg
Oxunub: 261     15:35     02 Dekabr 2022    
Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko dekabrın 2-də telefon danışığı zamanı bu ayın sonunda görüşmək barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi Teleqram kanalları məlumat yayıb.

“Prezidentlər həmçinin gələcək təmasların qrafikini müəyyənləşdiriblər, ittifaq quruculuğunun həyata keçirilməsinin praktiki məsələlərini və iqtisadi məsələləri müzakirə etmək üçün dekabrda görüş keçirməyə razılaşıblar”, - deyə məlumatda deyilir.

Telefon danışığı zamanı prezidentlər Avrasiya İqtisadi İttifaqının Qırğızıstanda keçiriləcək sammitinin gündəliyini, beynəlxalq gündəliyi və vəziyyəti, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini - idxalın əvəzlənməsi və ittifaq proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belarus  


Bizi "telegram"da izləyin