Əfqanıstanın paytaxtı Kabildə məsciddə partlayış baş verib.
Ordu.az xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb. Hadisə keçmiş Baş nazir Gülbəddin Hikmətyarın rəhbərlik etdiyi “Əfqanıstan İslam partiyası”nın ofisində yerləşən məsciddə olub.
Ölənlər “İslam partiyası”nın iki mühafizəçisi və partlayışı törədən üç nəfərdir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Əfqanıstan
Partlayış