KİV: Almaniya Ukraynaya 7 “Gepard” özüyeriyən zenit qurğusu göndərəcək

2022/12/1669983164.jpg
Oxunub: 463     20:11     02 Dekabr 2022    
Almaniya 2023-cü ilin yazında 7 ədəd “Gepard” özüyeriyən zenit qurğusu göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Əldə olunan məlumata görə, “Krauss-Maffei Wegmann” şirkəti hazırda hərbi texnikanın təmiri ilə məşğuldur və təmir başa çatdıqdan sonra zenit qurğuları Ukraynaya göndəriləcək.

Əlavə olunub ki, Ukraynaya göndərilən qurğular bu qəbildən olan texnikanın alman hərbi sənayesinin anbarlarında qalan son nümunələridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Gepard  


Bizi "telegram"da izləyin