İsveçrə Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib

2022/12/784fc-1669981219.jpg
Oxunub: 273     15:23     02 Dekabr 2022    
İsveçrənin xarici işlər üzrə dövlət katibi Livia Leuna Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leuna Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən ərazilərimizdə mina təhlükəsi barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərinə dair müzakirə aparılıb.

Öz növbəsində dövlət katibi Livia Leu sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, İsveçrənin Azərbaycanla Ermənistan arasında sülh prosesinə bundan sonra da töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Ermənistan  


Bizi "telegram"da izləyin