Putin Şoltsla Ukraynanı müzakirə edib

2022/02/60216-1644922399.jpg
Oxunub: 239     15:00     02 Dekabr 2022    
Rusiya Prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Şolts Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Putin Rusiyanın xüsusi hərbi əməliyyatın keçirilməsinə prinsipial yanaşmalarını ətraflı izah edib.

"Putin və Şoltsun telefon danışığı zamanı Kiyevi silahla təmin edən və hərbçilərinin hazırlığını həyata keçirən Qərbin destruktiv xəttinə diqqət yetirilib", deyə Kremlin məlumatında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin