FORBES: “Anadolu” təxminən 30-50 TB3 daşıya biləcək

2022/12/tcg-a-1669979120.jpg
Oxunub: 503     16:21     02 Dekabr 2022    
Dünyaca məşhur “Forbes” nəşri Türk müdafiə sənayesi ilə bağlı məqalə dərc edib və “Kızılelma” və “Bayraktar TB3”ün “TCG Anadolu” gəmisində yerləşdirilməsini “unikal” olaraq xarakterizə edib.

Ordu.az xəbər verir ki, Paul İddonun yazdığı məqalədə xüsusilə “TCG Anadolu” və “Kızılelma” vurğulanıb.

İddon “TCG Anadolu” və “Kızılelma” haqqında çox danışıb. Məqalədə flaqman olaraq xarakterizə edilən “TCG Anadolu”nun unikal təyyarə arsenalına malik olduğu diqqətə çatdırılıb.

Türk donanmasının əvvəlkindən qat-qat güclü olduğunu vurğulayan “Forbes” “TCG Anadolu”, “Bayraktar TB3” və TB2-ni tərifləyib.

“Baykar” “Anadolu”da yerləşdirilməsi nəzərdə tutulmuş, dəniz əməliyyatları üçün hazırlanmış və çox ixrac edilən məşhur TB2-nin qatlanan qanadlı xüsusi dəniz versiyası olan “Bayraktar TB3” üzərində də çalışır. Nisbətən yığcam ölçüləri sayəsində “Anadolu” təxminən 30-50 TB3 daşıya biləcək”, - deyə məqalədə qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Anadolu  


Bizi "telegram"da izləyin