Yaponiya böyük həcmdə “Tomahawk” raketləri almağı planlaşdırır

2018/06/213_1529397811.jpg
Oxunub: 329     10:37     03 Dekabr 2022    
Yaponiya 2028-ci ilin martında başa çatan maliyyə ilinə qədər 500 ədəd ABŞ istehsalı “Tomahawk” qanadlı raketi ala bilər.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri yazıb.

Çinin sürətli hərbi modernləşdirmə fəaliyyətləri və Şimali Koreyanın raket sınaqları davam edərkən, Yaponiya İkinci Dünya Müharibəsindən bəri ən böyük silah istehsalını davam etdirir.

Yaponiya ilin sonuna qədər milli təhlükəsizlik strategiyasını və digər əsas müdafiə mövqelərini nəzərdən keçirməyi planlaşdırır. Yaponiya artıq öz ordusuna həm dənizdə, həm də quruda uzaq məsafədən hədəfləri vurmaq imkanı vermək üçün yeni strategiyanın bir hissəsi kimi quruda yerləşən raketlərin əhatə dairəsini genişləndirmək planlarını açıqlayıb.

Yapon Ordusunun tədarük edilməsi planlaşdırılan 500 ədəd “Tomahawk” qanadlı raketi ilə uzun mənzilli zərbə qabiliyyətinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. “Tomahawk” raketləri 1000 km-dən artıq məsafədə olan hədəfləri vura bilir.

“Nikkei” qəzeti yazır ki, Yaponiya çəkindirmə qabiliyyətini artırmaq üçün 2030-cu ilə qədər hipersəs raketləri əldə etməyi düşünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Tomahawk  


Bizi "telegram"da izləyin