Ordu.az xəbər verir ki, layihədə iştirak edən Fransanın “Dassault” şirkətinin baş direktoru Erik Trappier bu məlumatı təkzib edib.
O, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun FCAS layihəsi çərçivəsində prototipin yaradılması ilə bağlı razılıq əldə edildiyinə dair açıqlamalarını rədd edib. Bir neçə gün sonra Fransanın baş naziri Elizabet Börnün Almaniyadakı açıqlamalarından sonra şirkət prototipin hazırlanması müqaviləsinin hələ imzalanmadığını bir daha vurğulayıb.
Fransanın həm siyasi, həm də hərbi qurumları ilə dərindən bağlı olan şirkət bir çox ölkəyə qırıcı təyyarələrin çatdırılmasında böyük rol oynayır.
Fransa, Almaniya və İspaniya Fransanın “Rafale”, Almaniyanın və İspaniyanın “Eurofighter”lərini əvəz etmək üçün FCAS layihəsi üzərində işləyirlər. Çoxmillətli, çoxşirkətli layihəyə 6-cı nəsil qırıcı və bir çox PUA-nın hazırlanması daxildir.
Sevinc Əliyeva
Ordu.az