Ceyhun Bayramov ATƏT-in Baş katibini münaqişədən sonrakı dövr barədə məlumatlandırıb

2022/12/ffdc4-1669978836.jpg
Oxunub: 257     14:52     02 Dekabr 2022    
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmidi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, danışıqlar prosesi və iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə hal-hazırkı vəziyyət, ərazilərin minalardan təmizlənməsi kimi məsələlər barədə məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, tərəflər Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində bir araya gəliblər.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, ATƏT çərçivəsində mövcud problemlər, habelə regionda baş verən ən son proseslər müzakirə edilib.

Ermənistan tərəfinin danışıqlar prosesinə törətdiyi maneələr, öhdəlikləri kobud şəkildə pozması, eləcə də törətdiyi mina təxribatları diqqətə çatdırılıb. Mina təhdidinin aradan qaldırılması və bir sıra digər istiqamətlərdə ATƏT tərəfindən layihələrə dəstək verilməsinin zəruriliyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin