Türkiyə ordusuna modernləşdirilmiş zirehli döyüş maşınlarının tədarükü başlayıb

2022/12/Whats-1669978709.jpg
Oxunub: 450     10:10     03 Dekabr 2022    
Türkiyənin ASELSAN şirkəti zirehli döyüş maşınlarının modernləşdirilməsi layihəsinin ilk tədarükünü həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

O qeyd edib ki, modernləşdirmə layihəsi ilə köhnə nəsil qüllələrlə təchiz edilən 134 ədəd zirehli texnikaya yeni nəsil insansız silah qüllələri inteqrasiya ediləcək.

Bundan başqa layihə çərçivəsində zirehli döyüş maşınlarının atəş gücü artırılacaq, təhlükə aşkarlama və xəbərdarlıq sistemləri inteqrasiya ediləcək və sağ qalma qabiliyyəti təkmilləşdiriləcək.

“Bu gün ilk texnikanın təhvil verilməsi ilə başlayan tədarüklərimizi 2024-cü ildə tamamlamağı hədəfləyirik”, - deyə Dəmir bildirib.

Zirehli döyüş maşınlarının modernləşdirilməsi üçün 2019-cu ildə ASELSAN ilə Türkiyə hökuməti arasında müqavilə imzalanıb. Müasirləşdirmə Layihəsi çərçivəsində ASELSAN maşınlara 25 mm-lik “Nefer” silah qülləsinin, lazer xəbərdarlıq sisteminin, yaxın məsafədən müşahidə sisteminin, sürücü görmə sisteminin təkmilləşdirilməsi işlərini həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin