Türkiyə Afrika ölkəsinə tank daşıyan texnikalar ixrac edəcək

2022/12/1669978614.jpg
Oxunub: 409     16:43     02 Dekabr 2022    
Türkiyənin “Katmerciler” şirkəti Afrika ölkəsinə tank daşıyan texnikalar və digər müxtəlif avadanlıqlar ixrac edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkət İctimaiyyəti Məlumatlandırma Platformasına məlumat verib.

Müqavilənin ümumi dəyəri 5 milyon 685 min 812 dollardır. Açıqlamada tədarüklərin 2023-cü ildə başa çatdırılacağı bildirilir.

Şirkət hansı ölkəyə ixrac həyata keçirildiyini bildirməyib, həmin ölkənin Afrika qitəsində yerləşdiyini qeyd edib.

“Katmerciler” İdarə Heyətinin sədr müavini Furkan Katmerci bir müddət əvvəl şirkətin dünyanın müxtəlif yerlərinə, xüsusilə Afrikaya ixrac həyata keçirdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrika   Katmerciler  


Bizi "telegram"da izləyin