Suriyada PKK terrorçularına “Kargu” PUA-ları ilə zərbələr endirilib

2022/12/thumb-1669978404.jpg
Oxunub: 316     15:53     02 Dekabr 2022    
Türkiyə ordusu Suriyada PKK terrorçularına “Kargu” kamikadze PUA-ları ilə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK/KCK/PYD-YPG terror təşkilatından 3 silahlı terrorçu “Kargu” PUA-sı tərəfindən zərərsizləşdirilib”, - deyə açıqlamada bildirilir.

Türkiyənin STM şirkəti tərəfindən hazırlanan və Azərbaycan ordusu tərəfindən də istifadə edilən “Kargu” kamikadze PUA-ları bundan əvvəl Qarabağda və Liviyada da tətbiq edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kargu  


Bizi "telegram"da izləyin