Fransa özü-özünü təkzib edir, yoxsa “yumşaq yastıq” qoymağa çalışır? – BAXIŞ BUCAĞI

2022/11/b38b1-1668780085.jpg
Oxunub: 337     15:09     02 Dekabr 2022    
Bir neçə gün əvvəl Fransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycana qarşı təxribatçı qətnamə qəbul edib. Bundan əvvəl analoji qətnamə parlamentin yuxarı palatası olan Senat tərəfindən qəbul edilib.

Bundan sonra Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanat yayaraq bildirib ki, Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir.

Praktikada heç bir şübhə yoxdur ki, icra hakimiyyəti ən azı parlamentin təşəbbüs və qətnamələrinin qəbulunun əleyhinə olmayıb və müqavimət göstərməyib. Üstəlik, qətnamələr Fransa hökumətinin diplomatik-siyasi alətlər dəstinin genişləndirilməsi kontekstində kollektiv addımıdır və lazım gələrsə, ondan təzyiq məqsədilə istifadə edə bilər.

Ancaq Parisin rəsmi cavabı ondan yaxın gələcəkdə istifadə etmək niyyətinin olmadığını göstərir. Bu o deməkdir ki, qətnamələrin qəbulu problemlər yaradıb və XİN-in reaksiyası ilə hazırda Fransa vəziyyəti “tarazlaşdırmağa” çalışır.

Azərbaycan prezidenti İlham Əliyev ötən günlərdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilməyəcəyini açıqlayıb və səbəblərdən biri kimi Senatın qətnaməsini göstərib. Azərbaycan Ermənistanla dekabrın 7-də Brüsseldə dördtərəfli formatda görüşdən də imtina edib. Çünki, İrəvan Fransa prezidentinin də iştirakını tələb edir, lakin Azərbaycan artıq qeyd olunan səbəbdən buna qarşıdır. Fransa Bakının bu bəyanatlarına cavab verməyib və Praqa-Brüssel razılaşmalarının icrasından danışmayıb. Fransa Xarici İşlər Nazirliyinin parlamentin qətnaməsinə reaksiyası Bakının Paris rolu ilə bağlı mövqeyinin dəyişdirilməsi işinin bir hissəsidir, yoxsa Fransa hələ də digər əsas aktorlardan gözlənilən cavabı almayıb və “sürəti azaltmağa” çalışır?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Danışıqlar   Ermənistan  


Bizi "telegram"da izləyin