Bunu ABŞ-ın Ermənistandakı səfiri və Rusiyadakı səfir postuna namizəd Lin Treysi deyib.
Ermənistanın nüfuzlu “1in.am” nəşri yazır ki, Linn Treysi Ermənistandan o qədər də uzaq olmayan, təkcə fiziki deyil, həm də siyasi baxımdan yeni diplomatik missiyanı üzərinə götürməlidir.
“Lin Treysinin yeni missiyası Ermənistana çox yaxındır və onun bəyanatlarına əsasən, Ermənistanla kifayət qədər bağlı olacaq.
Lin Treysinin Rusiya ilə hazırkı münasibətlərin Ermənistanın ehtiyaclarına cavab verməməsi ilə bağlı açıqlaması olduqca haqlıdır. Və burada onu da əlavə etmək olar ki, xüsusilə Rusiya ilə indiki münasibətlər Ermənistanın mövcud olan perspektiv, strateji problem və ehtiyaclarına uyğun gəlmir. Rusiya ilə açıq və ya gizli qarşıdurmanın daha çox olduğunu vurğulamaq vacibdir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az