"ABŞ Rusiya ilə müharibə istəmir" - Entoni Blinken

2022/04/df456-1648994668.jpg
Oxunub: 306     12:58     02 Dekabr 2022    
ABŞ Prezidenti Co Bayden Ukraynadakı münaqişənin genişlənməsinin qarşısını almağa çalışır, ABŞ Rusiya ilə müharibə istəmir.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken “France 2” telekanalında deyib.

“Bayden üçün Ukraynada münaqişənin genişlənməsinin qarşısını almaq lazımdır. Biz münaqişəni tamamlamaq istəyirik, amma heç bir şəkildə onu genişləndirmirik. Biz Rusiya ilə müharibə istəmirik, xüsusən də Üçüncü dünya müharibəsini istəmirik. Səy göstərdiyimiz bu deyil”, - deyə Blinken bildirib.

Eyni zamanda o, ABŞ-ın Kiyev üçün Rusiya ilə danışıqların şərtlərini müəyyən etməyəcəyini, ancaq ukraynalıların qərarını dəstəkləyəcəyini bildirib.

Ətraflı
E.Blinken həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə təmasdadır, dialoqun aparılması zəruri olan mühüm mövzular var.

“Məsələn, biz Rusiya ilə əlaqə saxlamağa davam edirik, çünki onun nüvə silahından istifadə edəcəyindən qorxuruq, bu, fəlakət ola bilər”, - deyə E.Blinken vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Rusiyanın bu istiqamətdə fəaliyyətini hələ görməsə də, narahatlıqlar qalmaqdadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Blinken  


Bizi "telegram"da izləyin